Ən çox satılan ikinci əl avtomobillərin TOP-10-luğu

Nəqliyyat xəbərləri 31 Yanvar 2020 | 09:00
OXUNUB: 1597

Rusiyanın paytaxtı Moskvada ötən il 271,2 min ikinci əl minik avtomobili satılıb. Avtosfer.az xəbər verir ki, bu da 2018-ci ilin eyni göstəricisindən 5 faiz azdır. “AvtoSTAT” analitik agentliyinin ekspertləri paytaxtın avtomobil bazarlarında ən çox alınan ikinci əl avtomobillərin TOP-10-luğunu tərtib ediblər.

Beləliklə, 2019-cu ilin “ikinci əl”i yenə “Ford Focus” olub, bu avtomobil 12 ay ərzində 7,7 min sahib dəyişib (-14%).

İkinci yeri “Hyundai Solaris” tutub, maşından 7,1 min ədəd satılıb (-12%).

İlk üçlüyü “KİA Rio” bağlayıb, təkrara satış həcmi 6,3 min əd.; +6%) təşkil edib.

Reytinqin dördüncü, beşinci pilləsində “Skoda Octavia” (6,2 min əd.; +1%) və “Toyota Camry” (4,8 min əd.; +3%) qərarlaşıb.

Həmçinin TOP-10-luğun siyahısına, “Volkswagen Polo” (4,4 min əd.; +9%), “BMW 5-Series” (3,5 min əd.; -3%), “Mercedes-Benz E-Class” (3,5 min əd.;  -10%), “KIA Ceed” (3,4 min əd.; -5%) və “BMW 3-Series” (3,4 min əd.;  +5%).

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man