Ötən il ən çox satılan Çin istehsalı olan avtomobillərin – TOP-10-luğu

Nəqliyyat xəbərləri 23 Yanvar 2020 | 15:55
OXUNUB: 1999

2019-cu ildə Rusiya bazarlarında 40 minə yaxın Çin istehsalı olan yeni minik avtomobilləri satılıb. Avtosfer.az xəbər verir ki, bu da 2018-ci ilin analoji göstəricisindən 13 faiz çoxdur. Bu barədə “Avtostat” analitik agentliyi məlumat verib.

Ölkə sakinlərinin ən populyar avtomobili “Geely Atlas” krossoveri olub, ötən ilin on iki ayı ərzində bu modeldən 7536 ədəd satılıb.

İkinci pilləsini “Haval H6” markası tutub, bu avtomobildən 6378 ədəd alınıb. Üçüncü yerdə “Haval F7” krossoveri qərarlaşıb - 3219 ədəd.

2019-cu ilin ən populyar top-10-luğuna, “Chery Tiggo 3” (2262 əd.), “Chery Tiggo 4” (1968 əd.), “Chery Tiggo 7” (1563 əd.), “DFM AX7” (1548 əd.), “Haval H2” (1345 əd.), “Lifan Solano” (1335 əd.), “Changan CS35PLUS” (1323 əd.) düşüb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man