Yaponiyanın avtomobil şirkəti “Toyota”, dünya üzrə 3,4 milyon avtomobili geri çağırır. Avtosfer.az xəbər verir ki, tək ABŞ-da bu markalı avtomobillərdən 2,9 milyon ədəd idarə edilir.
Çağırış, “Corolla” (2011-2019 il buraxılışı), “Matrix” (2011-2013), “Avalon” (2012-2018) və “Avalon Hybrid” (2013-2018) modellərinə şamil edilir.
Buna səbəb sözügedən modellərdə elektron idarəetmə blokundakı nasazlıqdır. Bu qüsurun aradan qaldırılmayacağı təqdirdə, baş verən qəza zamanı təhlükəsizlik yastığının açılmasında yarana biləcək problemdir.
“Toyota”nın avtoservislərindəki mütəxəssislər qüsuru aradan qaldırmaq niyyətindədirlər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man