CRASH-TEST: Ötən ilin ən təhlükəsiz avtomobilləri – VİDEO

Nəqliyyat xəbərləri 10 Yanvar 2020 | 21:13
OXUNUB: 1711

Ağır qəza sınaqları keçirən Avro komitə Euro NCAP, bir dəfəyə “Tesla”nın 3 modelini 2019-cu ilin ən təhlükəsiz avtomobili statusuna layiq görüb, ancaq reytinqə “Mercedes-Benz CLA” başçılıq edib. Avtosfer.az xəbər verir ki, namizədlərin videosu Euro NCAP-ın YouTube-kanalında yayımlanıb. 2019-cu il ərzində komitə, Avropa bazarlarına çıxarılmış 55 yeni avtomobili sınaqdan keçirib və müxtəlif kateqoriyada əldə edilən nəticəyə əsasən ən təhlükəsiz avtomobillərin reytinqini tərtib edib. Komitə təhlükəsizlik səviyyəsindən asılı olaraq maşınları ulduzlarla qeyd edib. Beləliklə, maksimum 41 avtomobil beş ulduz alıb.

Nəticə olaraq təşkilat yenə də hər sinif üzrə ən yaxşı maşınların adını çəkməyə qərar verib.

 

Kiçik ailə avtomobilləri – “Mercedes-Benz CLA”,

Kompakt krossoverlər – “Subaru Forester”,

Supermini – “Audi A1” və “Renault Clio”,

Hibridlər və elektrikli avtomobillər – “Tesla Model 3”,

Geniş ailə avtomobilləri – “BMW 3 Series” və “Tesla Model 3”,

Böyük krossoverlər – “Tesla Model X”.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man