Azərbaycanda texniki baxışın qiyməti qalxdı - RƏSMİ

Nəqliyyat xəbərləri 07 Yanvar 2020 | 18:30
OXUNUB: 9065

Azərbaycanda nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti rəsmi olaraq qalxdıb. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin qəbul etdiyi dəyişiklik yanvar ayının 1-dən qüvvəyə minib. Belə ki, artıq bütün nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti 30 manat təşkil edir. 

Qeyd edək ki, Milli Məclisin 30 sentyabr tarixində keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. İclasda rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man