Cari ilin 10 ayı ərzində Moskvada cinayətkarlar tərəfindən qaçırılan ən çox avtomobillər Asiya markaları olub. Avtosfer.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında qaçırılan digər nəqliyyat vasitələrindən ən çox yapon markası “Toyota” oğurlanıb – 221 dəfə federal axtarışa verilib.
İlk üçlüyə həmçinin iki Koreya brendi – “KİA” (156) və “Hyundai” (140) daxil olub.
Bundan əlavə, 10-luğun reytinqinə “VAZ” (85) , “Mazda” (75), “Lexus” (61), “Ford” (53), “Nissan” (45), “BMW” və “Renault” (39) düşüb.
Keçən il isə qaçırılan modellərini siyahısında, ilk pilləni “Mercedes” markası tutub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man