İlin sonuna kimi 4 avtomobilin istehsalı dayandırılacaq

Nəqliyyat xəbərləri 28 Oktyabr 2019 | 11:11
OXUNUB: 902

İran bu ilin sonuna kimi və gələn ilin əvvəllərində 4 avtomobilin istehsalını dayandıracaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib. R.Rəhmaninin sözlərinə görə, benzinlə işləyən “Peugeot 405 GLX” avtomobilin istehsalı ilin sonuna kimi dayandırılacaq. Nazir əlavə edib ki, “Pride” markalı avtomobilin istehsalı da dayandırılacaq. 2-ci növ “Pride” markalı avtomobilin istehsalı isə gələn il dayandırılacaq. İranlı nazir bu qərarın keyfiyyətin yüksəldilməsi və vətəndaşların razılığını artırmaq məqsədilə verildiyini deyib. R.Rəhmani deyib ki, istehsalı dayandırılacaq avtomobillərin yerinə yeni avtomobillər istehsal olunacaq.

Qeyd edək ki, İranın yol polisi bir sıra avtomobillərə dövlət nömrə nişanının verilməsinin dayandırılacağını elan edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man