Azərbaycanda avtomobil istehsalı 6,5 dəfə artıb

Nəqliyyat xəbərləri 18 Oktyabr 2019 | 13:59
OXUNUB: 747

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 mln manatlıq məhsul istehsal edilib.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.

Dövr ərzində 886 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 26,2% azdır. Nəticədə, bu ilin oktyabrın 1-nə 358 ədəd məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin 9 ayında ölkədə 1 688 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 6,5 dəfə çoxdur. Nəticədə, bu ilin oktyabrın 1-nə 325 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə ştanqlı quyu nasoslarının istehsalı 59,5%, fəvvarə armaturunun istehsalı 21,9%, mancanaq dəzgahlarının istehsalı 21,6% artıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man