Trussardi xüsusi Panda təklif edir - FOTO

Nəqliyyat xəbərləri 29 Sentyabr 2019 | 23:54
OXUNUB: 964

Bizdə balaca şəhər avtomobillərinə hörmət bəsləmirlər. Əksəriyyət belə avtomobillərə yuxarıdan aşağı baxır - əsasən də iri yapon ofrouderlərinin sahibləri. Bir sözlə, parklanma yeri problemi yaşatmayan, çay qaşığı ilə yanacaq sərf edən qənaətcil avtomobilləri urvatsız etmişik.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, Avropada isə, əksinə şəhərdə iri ofrouderdən istifadə edənlərə baxış tam əksinədir: avropalılar belələrini şəhərə alış-verişə gəlmiş fermer sanırlar. Hətta, bir dəfə Parisin küçələrinin birində hərəkət edən Hummer ofrouderini görən şəhər sakini onun sürücüsünü zoofil adlandırmışdı da.

Bəs şəhər avtomobilciyi ilə lovğalanmaq, yəni xalq dili ilə desək "risovka" etmək olarmı?

Sən demə olarmış. Məhz belə insanlar üçün Fiat şirkəti Trussardi italyan moda evi ilə birlikdə Panda hetçbekinin xüsusi versiyasını hazırlayıb. Xüsusi versiyanı Panda modelinin kross-versiyasının bazasında yaradıblar. Trussardi seriyasından olan hetçbeklərin əsas fərqi eksklyuziv kuzov rənglərindədir.

Xüsusi Panda modelini qəhvəyi Caffe Italiano Brown, ağ Gelato White, qara Cinema Black və gümüşü Colosseo Grey rənglərində sifariş etmək olar. Bundan başqa, Trussardi tərəfindən təklif edilən hetçbeki qara işləmələr, xüsusi 15-düymlük təkər diskləri və xüsusi versiyanın adı həkk edilmiş emblemlər sayəsində ayırd etmək olar.

Avtomobilin interyeri qəhvəyi rənglərdə tərtib edilmiş, kreslolar bahalı dəri və parça ilə örtülmüş, və məlum məsələdir ki, Trussardi loqotipləri ilə bəzədilmişdir. Bu loqotipləri hətta təhlükəzilik kəmərlərində və sükan çarxında da görmək olar.

Dəbdəbəli Trussardi versiyası istənilən modifikasiyada Panda modeli üçün əlçatandır. Yəni, bu tərtibatı həm 85 at qüvvəli 900 kubluq turboaqreqat, həm də 69 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki ilə təchiz edilən modifikasiya üçün seçmək olar. Ötürmə həm öndən, həm də tam ola bilər.

Gördüyünüz kimi, hərənin öz "risovka" üsulu var. Kimi iri ofrouderi ilə hər kəsi tapdalamağa hazırdı, kimi isə, dəbdəbəli hetçbeki ilə gözə girməyə...

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man