Porsche Taycan Nurburqrinqin yeni rekorduna imza atıb - VİDEO - FOTO

Nəqliyyat xəbərləri 16 Sentyabr 2019 | 00:08
OXUNUB: 886

Bu ay Porsche şirkəti rekordları qeydə almaqla məşğul olub. Əvvəlcə, alman istehsalçısı Porsche Cayenne Turbo S E-Hybrid krossoverinin köməyi ilə İsveçdəki tikintisi başa çatmamış trekin "rekordunu" qeydə alıb. Bu günlərdə isə, Porsche DYM-i ilə təchiz edilmiş avtomobilləri bir kənara qoyaraq, Taycan elektrokarı ilə məşhur Nürburqrinqin "Şimal ilgəyinin" yeni rekorduna imza atıb.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, seriya istehsalına start verilməmiş Porsche markasının ilk elektrokarı "Nordşlyayfe"-nin dördqapılı elektrokarlar üçün yeni rekordunu qeydə alıb. Porsche şirkətinin test pilotu Lars Kernin idarə etdiyi avtomobil treki 7 dəqiqə 42 saniyəyə qət edib. Rekordu qeydə almaq üçün iki elektromotorla təchiz edilmiş 600 at qüvvəli elektrokardan istifadə olunub.

Xatırladaq ki, Porsche Taycan modelinin təqdimatı 4 sentyabr tarixində keçiriləcəkdir. Elektrokarın kütləvi debütü isə sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda baş tutacaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man