Audi RS Q8 modeli kamuflyajsız yaxalanıb - FOTO

Nəqliyyat xəbərləri 15 Sentyabr 2019 | 23:51
OXUNUB: 1226

Fotocəsuslar növbəti uğura imza atıblar. Onlar Nürburqrinqin "Şimal ilgəyində" sınaqdan keçirilən Audi RS Q8 modelinin şəkillərini çəkməyə müvəffəq olublar. Yeni ofrouder İnqolştadt istehsalçısının krossover xəttindəki ən güclü model olacaqdır.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, yeni bayraqdar krossoveri adi Q8 və "qaynar" SQ8 modelindən ciddi fərqlənir. Audi RS Q8 modeli iri hava girişləri olan bamperləri, nazik profilli şinlərlərlə təchiz edilmiş 22-düymlük təkər diskləri, buraxılış sisteminin oval şəkilli çıxış boruları və parlaq-qırmız rəngli əyləc supportları ilə seçilir.

"Bərkgedən" krossoverin salonunu çəkmək mümkün olmayıb. Çox güman ki. Audi RS Q8 güclü dəstəyi olan idman kresloları, karbon və metaldan dekor elementlərinə malik olacaqdır. Avtomobilin kapotunun altında 600 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərriki yerləşəcəkdir. RS Q8 modelinin Porsche Cayenne Turbo S E-Hybrid modelinin 680 at qüvvəli hibrid güc qurğusu ilə təchiz olunacağı da istisna edilmir.

Audi RS Q8 modelinin kütləvi təqdimatı sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. Modelin Avropadakı satışlarına bu ilin sonunda başlanacaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man