"Lada" 4x4 modelini növbəti yenilənmə gözləyir - FOTO

Nəqliyyat xəbərləri 04 Sentyabr 2019 | 14:34
OXUNUB: 3437

Lada 4x4 modelinin 1977-ci ildən bəri demək olar ki, dəyişiklik olmadan istehsal edilir. Şayiələrə görə, bu yaxınlarda ofrouder yenilənməyə məruz qalacaq. Rusiyanın “Lada Onlayn” saytının bildirdiyinə görə, AvtoVAZ modeldə 17 dəyişiklik edəcək. Bu dəyişiklər əsasən interyerə aid olacaq.

“Lada.Onlayn” saytı zavod daxilindəki mənbələrinə istinadən yenilənmə haqqında məlumatla bölüşüb. Belə ki, insayderlər ofrouderin yeni ön panelə, narıncı rəng işıqlandırması olan cihazlar panelinə, müasir idarəetmə bloku olan klimat-kontrol sisteminə və yeni düymələrə sahib olacağını bildiriblər. Bundan başqa, Lada 4x4 yeni tavan örtüyünə də sahib olacaqdır. Nəhayət, avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyətinin yüksəldiləcəyi bildirilir.

 

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man