70-iilik Hudson kupesi 638 at qüvvəli mühərrikə sahib olub - FOTO

Nəqliyyat xəbərləri 02 Sentyabr 2019 | 00:51
OXUNUB: 702

Kaliforniyada yerləşən Icon atelyesi Montereydə keçirilən Avtomobil həftəsində bərpa edilmiş və təkmilləşdirilmiş 1949-cu ilin Hudson kupesini nümayiş etdirib. 70 illik yaşı olan qara rəngli Hudson kupesi Tennessi ştatındakı qarajların birində baxımsız şəkildə aşkar edilib.

Avtomobilin yeni sahibi nadir avtomobili metal qırıntısına verməkdənsə, onu bərpa edərək restomoda çevirmək qərarına gəlib. O, arzusunu yerinə yeritmək üçün daimi müştərisi olan Icon atelyesinə müraciət edib.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, kaliforniyalılar avtomobili Chevrolet Corvette modelinin 6,2-litrlik kompressorlu V8 mühərriki və dördpilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediblər. Ötürmə arxa çəkişli qalsa da, avtomobilin arxaik bütöv arxa körpüsü müasir müstəqil asqı ilə əvəzlənib. Bundan başqa, kupe müasir Brembo əyləc mexanizmlərinə də sahib olub. Ön rama alıtlığı isə, yeni mühərrikə uyğun olaraq yenidən hazırlanıb.

Hudson modeli həmçinin, heyranedici interyerə də sahib olub. Kupenin salonu əllə rəngləniş timsah və dana dərisi ilə üzlənib. Salon döşməsi və ayaqaltılar əsl yundan hazırlanmış material ilə örtülüb.  Dəstəklər yenidən alüminiumdan hazırlanmış, işıqlandırma lampaları isə işıqdiodları ilə əvəz edilmişdir. Əlavə olaraq, kondisioner də quraşdırılmışdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man