Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Nəqliyyat xəbərləri 23 Avqust 2019 | 09:38
OXUNUB: 1697

Bakı-Sabunçu-Bakı qatarı Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bu barədə Avtosfer.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, dəmir yolu stansiyasının ərazisində avtomobil keçidi inşa olunur:

"26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək".

QSC-dən qeyd olunur ki, inşa işləri yekunlaşdıqda əlavə məlumat veriləcək:

"Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək".

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man