Sloveniya şirkəti hiperkar istehsal etdi - FOTO

Nəqliyyat xəbərləri 09 Avqust 2019 | 08:19
OXUNUB: 1409

Sloveniyanın “Tushek Supercars” şirkəti Böyük Britaniyada keçiriləcək “Salon Privé” sərgisində “TS 900 H Apex” modelini təqdim edəcəyinə söz verib.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, prototip 2012-ci ildən hazırlanır və konveyrə gedib-getməyəcəyi hələ məlum deyil. Rodster üslubunda olduğu üçün hiperkarın dam örtüyü yoxdur və üç mühərriklə təchiz edilib.

4.2 litr həcmli, kompressorlu V8 mühərriki iki elektrik mühərriki ilə paralel çalışır. Aqreqatların ümumi 963 at gücündədir. Mühərrik 6 pilləti sekvental sürətlər qutusu ilə təchiz edilib.

“Tushek” yerindən 100 km/saat sürəti 2.5 saniyəyə əldə edir və maksimal sürəti 380 km/saat təşkil edir. Superkar xrom-molibden materialından hazırlanıb. Çəkisi cəmi 1410 kq-dır. Bununla yanaşı, “Brembo” əyləc mexanizmi və “Pirelli Trofeo Series R” şinləri ilə təchiz edilib.

Şirkətin rəhbəri isə 54 yaşlı sloveniyalı yarışçı Aleşa Tuşekdir. O, 2004-cü ilə qədər “Citroen” komandasında çıxış edib. Bildirilir ki, yeni model 7 sentyabr tarixində təqdim ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man