Bakıda yollar yeni boya ilə rənglənir - VİDEO

Nəqliyyat xəbərləri 08 Avqust 2019 | 22:36
OXUNUB: 1312

Bakıda yollar yeni boya ilə rənglənir. Məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etməkdir.

Avtosfer.az-ın məlumatına görə, artıq paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, cizgi xətlərini yeni boya ilə əvəzləməkdə məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırımaqdır.

Qeyd edək ki, yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İki komponentli boyaların əsas üstünlükləri, yüksək işıqqaytarıcılıq keyfiyyəti, işıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

Qeyd edək ki, bu cür boya ilə artıq paytaxtın 14 küçəsində rənglənmə işləri aparılıb. Boya uzunömürlü olmaqla yanaşı, daha qalın olur və uzun müddət keyfiyyətini itirmir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man