Bu avtomobillərin qiyməti ucuzlaşır - Azərbaycanda

Nəqliyyat xəbərləri 31 İyul 2019 | 16:16
OXUNUB: 3212

Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər: “Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində hətta 5-10 faiz civarında qiymət azalması da müşahidə olunur. Kiçik mühərrik həcimli avtomobillərin qiymətində isə sabitlik müşahidə olunur.

Son 3-4 il ərzində Azərbaycanda kiçik mühərrikli avtomobillərin qiymət artımına səbəb olan ən böyük amil taksi şirkətlərinin intensiv sürətdə artması idi. Avtomobili olmayanlar da avtomobil alıb taksi şirkətlərinə qoşulmağa başladı və bu da avtomobillərin qiymət artımına səbəb oldu. Hazırda isə taksi bazarı artıq dolub, demək olar ki, yeniləri açılmır. Taksi fəaliyyəti ilə məşğul ola biləcək potensialda olan insanların 90 faizi artıq bu işlə məşğuldur, hamının maşını var. Ona görə də avtomobillərin qiymətində müəyyən sabitlik yaranıb”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man