Xırdalana gedən yol 20 gün BAĞLANACAQ - SƏBƏB

Nəqliyyat xəbərləri 31 İyul 2019 | 15:05
OXUNUB: 1365

Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Avtosfer.az APA-ya istinadən bildirir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq. Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC Xırdalan sakinlərindən üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Məlumat üçün bildirək ki, hələ 2017-ci ilin əvvəlində Xırdalan şəhəri Heydər Əliyev prospektinin genişləndirilməsi və abadlaşdırılması nəzərdə tutulmuşdu. Sözügedən layihənin həyata keçirilməsi və H.Əliyev prospektinin hər iki istiqamətinin qazılaçağını nəzərə alaraq abadlıq işi ləngidilib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man