Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkədir

Nəqliyyat xəbərləri 18 İyul 2019 | 19:33
OXUNUB: 820

Ötən il Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkələr arasında birinci yeri tutub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Galt & Taggart” maliyyə və investisiya şirkətinin Gürcüstanın Avto Biznes sektoru üzrə araşdırmasında bildirilib. Qonşu ölkədən ixrac olunan yeni avtomobillərin 71%-i Azərbaycan, 14,9% Ermənistan, 6,4%-i isə BƏƏ-nin payına düşüb. 2018-ci ildə Gürcüstandan ümumi dəyəri 409 mln. dollar olan avtomobil idxal olunub ki, bunun da 47%-i və ya 190 mln. dolları Azərbaycanın payına düşüb. Ötən il qonşu ölkənin ixrac etdiyi nəqliyyat vasitələrinin orta dəyərinə gəlincə, ən bahalı avtomobilləri BƏƏ (56,3 min dollar), ən ucuz avtomobilləri isə Ermənistan (3 500 dollar) alıb. Azərbaycan isə bu siyahıda ikinci yeri tutub. Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin orta dəyəri 14,6 min dollar təşkil edib. Gürcüstandan ən çox ixrac olunan avtomobil markaları arasında birinci yeri “Toyota” (2 878) tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, “Lexus” (677) və “Audi” (130) qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man