Nadir Ferrari 8 milyona satıla bilər - FOTO

Nəqliyyat xəbərləri 15 İyul 2019 | 21:25
OXUNUB: 3421

“Gooding Kompany” şirkəti birinci seriyadan olan “Ferrari 250 GT” kabrioletini satışa çıxarıb. 1958-ci ildə buraxılmış avtomobil Pininfarina atelyesi tərəfindən təkmilləşdirilmiş dörd avtomobildən biridir. Hərracın təsisçilərinin fikrincə, kabrioletin son qiyməti 8 milyon dollar təşkil edəcəkdir.

Avtosfer.az-ın bizplus.az-a istinadən məlumatına görə, bu kabriolet italyan markasının nadir tapılan modellərindən biridir. “Ferrari” cəmi 40 ədəd “250 GT Series I” kabrioletini buraxıb, lakin onlardan dördü Pininfarina tərəfindən təkmilləşdirilib. Şüşə ilə örtülmüş fənərlərə, yeni hava girişlərinə və bamperlərə sahib olmuş dörd kabrioletdən biri hazırda satışa çıxarılıb.

Bu kabrioletin ilk sahibi “Ferrari” şirkətinin VIP-müştərilərindən olan şahzadə Alessandro Ruspoli olub. “Ferrari” şahzadə üşün qara parlaq rəngə boyanmış və çoxsaylı xrom detalları, həmçinin yaşıl dəri ilə üzlənmiş oturacaqları olan kabrioleti hazırlayıb. Eyni rəngə ayaqaltılar və qapı panelləri də malik olublar. Salonun rəngi qeyr-adi görünsə də, bu kabrioletə eksklyuzivlik bəxş edib.

1970-ci ilin əvvəlində Ruspoli avtomobili satıb və kabriolet bir neçə “Ferrari” azarkeşinin əlində olub. Sonunda kabriolet Amerikaya göndərilib və onun yeni sahibi avtomobili tam şəkildə bərpa edib. Ferrari 250 GT 1994-cü ildə bir neçə zəriflik müsabiqəsində mükafatlara layiq görülüb. 1996-cı ildə isə o, “FCA Vintage Concours” klassik avtomobillər müsabiqəsinin qalibi olub.

Ekspertlər avtomobilin son qiymətinin 8 milyon dollara çatacağını ehtimal edirlər. İyun ayın sonunda italyan məhkəməsinin “250 GTO” modelini incəsənət əsəri hesab etməsi, bu qiymət real edir. Məhkəmənin qərarı ilə, heç kim bənzər elementləri öz avtomobillərində istifadə edə bilməz.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man