Azərbaycanda avtomobil zavodu istehsalı 3 dəfə artıracaq

Nəqliyyat xəbərləri 14 İyun 2019 | 08:16
OXUNUB: 903

2019-cu ildə "Khazar" avtomobillərinin istehsalının artırılması gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Azərmaş" ASC-dən bildiriblər. Məlumata əsasən, müəssisədə "Peugeot 206" və "Peugeot 207" modellərinin istehsalını təşkil etmək planlaşdırılır. İxraca gəldikdə isə qeyd olunub ki, hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparılır, prosesin yaxın aylarda təşkil olunacağı gözlənilir. Şirkətdən bildirilib ki, 2019-cu ilin əvvəlindən 300 avtomobil satılıb. Ötən il mindən çox avtomobil istehsal olunub ki, onlardan 95 faizi satılıb. Qeyd edək ki, "Khazar" avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər "Avro-5" standartlarına uyğundur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man