Fransanın avtomobil istehsalı konserni “Renault” və “Fiat Chrysler Automobiles“ (FCA) bəzi sahələrdə birləşmə və paritet əsasda tərəfdaşlıq etmə haqqında danışıqlar aparır. Avtosfer.az “Finans.az”a istinadən xəbər verir ki, bazar günü davam edən danışıqlarda əməkdaşlığın müxtəlif variantları müzakirə olunub, o cümlədən elektromobil texnologiyalarının inkişafı, birgə avtomobil buraxılışının təşkili. Tərəflər 37 milyard dollar kapitalı olan və ildə 9 milyon avtomobil iatehsal edəcək yeni avtomobil nəhənginin yaranmasına gətirib çıxaracaq paritet əsaslı birləşmənin məqsədəuyğunluğunu nəzərdən keçiriblər. Qeyd edilir ki, bu müəssisə dünya üzrə “Volkswagen” və “Toyota”dan sonra üçüncü olacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man