“Ford” şirkəti Şimali Amerikadan 270 min “Ford Fusion” markalı avtomobili geri çağırır.
Avtosfer.az xəbər verir ki, səbəb isə ötürücü qutuda yaranan nasazlıqdır, bu barədə şirkətin saytında məlumat yayımlanıb.
Məlumatda deyilir ki, mövcud təhlükə rıçaq ilə ötürücü qutunun arasında mexaniki əlaqənin itməsidir. Bu halda sürücünün seçdiyi sürüş rejimi ilə uyğun gəlməyəcək.
Nəticədə, əgər sürücü nəqliyyat vasitəsini “parkinq” rejiminə keçirsə belə o avtomatik hərəkət edəcək. Çağırışa 2013-2016-cı illərdə istehsal edilmiş avtomobillər daxildir.
Bu maşınlar ABŞ, Kanada və Meksikada satılıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man