Qonşusunu avtomobillə vurdu, sonra da döydü - GÜLMƏLİ SƏBƏB

Nəqliyyat xəbərləri 14 May 2019 | 13:37
OXUNUB: 949

Ağdamda qonşu qonşunu atomobillə vurub, sonra döyüb. Hadisə rayonun Alıbəyli qəsəbəsində baş verib. Qəsəbə sakini Əzimov Məhəmməd Xəlil oğlu idarə ediyi "VAZ 21099” markalı 62 BE 203 dövlət nömrə nişanlı maşını ilə qonşusu Mehdiyev Mətləb Baba oğlunu vurub. Daha sonra avtomobildən düşərək M.Mehdiyevi döyüb. Xəsarət alan M.Mehdiyev yaxınları tərəfindən Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Döyülən şəxsin yaxınlarının verdiyi məlumata görə, davaya səbəb Əzimov Məhəmmədin Mətləb Mehdiyevə məxsus evin qarşısında əkdiyi ağac və gül kollarını heyvanlarına yedizdirməsi olub. Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.ONA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man