Üstü açıq avtomobillərdə yağışdan qorunmağın üsulları

Nəqliyyat xəbərləri 14 May 2019 | 17:49
OXUNUB: 2802

Üstü açıq avtomobillərdə yağışdan qorunmağın yolu var. Avtosfer.az chip.az-a istinadən bildirir ki,əgər avtomobilin aerodinamik xüsusiyyətlərindən məlumatlı olsanız yağış zamanı islanmayacaqsınız. Yaz günlərində üstü açıq avtomobillərin ətrafımızda çoxaldığını müşahidə edirik. Bəs yaz yağışı yağdıqda bu maşınlardan istifadəyə yararlı ola bilirmi? Yaxud yağışdan qorunmağın bir yolu varmı? Avtomobilin aerodinamik sistemini düzgün istifadə etsəniz bu sualları müsbət cavablandırmaq mümkündür.

Bu tip avtomobillərdə ön şüşənin bitdiyi bölgəyə ayrılma zonası deyilir. Hava hərəkəti bu hissədən sonra sərnişinlərin olduğu yerin yuxarısında burulğanlı havanın yaranmasına səbəb olur. Bu burulğandan düzgün istifadə etsəniz yağışda islanmayacaqsınız. Burada ən önəmlisi avtomobilin ön şüşə bucağıdır.

"Mazda"nın "Miata" modelini götürək.

Bu avtomobilin ön şüşəsinin yerləşmə bucağı təxminən 72 km sürətlə getdiyiniz zaman sizi yağışdan qoruya bilir. Belə ki, ön şüşənin yaratdığı hava burulğanı yağışın qarşını alır.

Digər modelə nəzər yetirək : Ferrari Portofino

Bu modelin şüşələrinə diqqət yetirsəniz, "Mazda" ilə müqayisədə olduqca həssas olduğunu müəyyən etmək olar. Bu zaman bir qədər sürətli hərəkət edərək düzgün sürəti aşkarlamaq lazımdır. Avtomobili bu şəkildə istifadə etdiyiniz halda yağışdan rahatlıqla qoruna bilərsiniz. Bundan başqa islanmamaq üçün avtomobili yüksək sürətdə istifadə etməkdən maksimum dərəcədə uzaq qalmağa çalışın. Həyatınızın (və başqalarının həyatının) hər şeydən daha vacib olduğunu unutmayın.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man