İsveçin məşhur avtomobil istehsalçısı "Volvo” Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş "XC90” modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər. İyunda başlayacaq prosesdə "Volvo” qüsurlu hissələri öz hesabına dəyişəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man