Toy karvanında "avtoş"luq edərək maşını aşıran sürücü həbs olundu - VİDEO - FOTO

Nəqliyyat xəbərləri 21 İyun 2022 | 15:16
OXUNUB: 362

Dünən Avtosfer.az saytında Zaqatala şəhəri ərazisində “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol-hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozduğuna, eləcə də nəqliyyat vasitəsini aşırdığına dair görüntülər yayıldı. Polis dərhal araşdırmalara başlayaraq sürücünü aşkar edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun rayon sakini Namiq Şabanov olduğu məlum olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci ( avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Namiq Şabanov 25 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man