Avropa Parlamenti “Ferrari”nin təklifini səssizcə qəbul etdi - Benzinə davam

Nəqliyyat xəbərləri 13 İyun 2022 | 12:03
OXUNUB: 687

Avtomobil sənayesinin siyasətdən uzaq olduğnu düşünmək sadəlövhlük olardı. Avropa dəfərlərlə avtomobil istehsalçılarının siyasi dairələrə təsir göstərməsinə şahidlik edib. Xüsusən də ekologiya məsələsində. Elə bu dəfə də söhbət ekologiyadan gedir. 
Avtosfer.az xəbər verir ki, ötən həftə Avropa Parlamenti qitədə 2035-ci ildən sonra daxili yanma mühərrikli avtomobillərin satışını qadağan etdi. Qərar KİV-də geniş şərh edildi, alqışlandı. Avropa mediası bunu solların və yaşılların sağ üzərində qələbəsi kimi xarakterizə etdi. Yanaşma doğrudur, amma ortaya başqa məqam da çıxdı. 
Hər bir qanunda istisna yeri olduğu kimi, Avropa Parlamentinin də qanunu ümumi qaydadan xali deyil. Klassik latın dilində deyildiyi kimi “Lex specialis derogat legi generali”, yəni “xüsusi qanun ümuni qanunu üstələyir”. Bu dəfə xüsusi qanun, daha doğrusu 121-ci düzəliş “Ferrari”nin təklifi ilə qəbul edildiyindən elə ümumi dildə adı “Ferrari düzəlişi” oldu. 

Bəs “Ferrari düzəlişi” nəyi ehtiva edir? Düzəlişə əsasən ildə min ədəddən az minik avtomobili və 1000-10000 arası minik və yüngül kommersiya avtomobili satan firmalara 2035-ci il qadağası şamil edilmir. Onlar azı 2036-cı ilədək istilik mühərrikli nəqliyyat vasitələrini istehsal edə və sata biləcəklər. Bəs konkret olaraq hansı şirkətlər istisnadan faydalana biləcək?
Statistikaya görə, 2021-ci ildə Avropa və Yaxın Şərq regionunda “Ferrari” 5 492, Avropada isə “Lamborghini” 8 405, “Aston Martin” 2 006, “Rolls-Royce” 589, “Maserati” 4 203 avtomobil sata bilib. 
Ekoloqlar və solmeylli partiyalar bu dəyişikliyi sosial və iqlim baxımından ədalətsiz hesab edir.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man