Elektromobili yedəyə almaq olarmı? - Qaydalar belə deyir - FOTO

Nəqliyyat xəbərləri 11 İyun 2022 | 08:47
OXUNUB: 1204

Elktrik mühərriklərinin uzunömürlülüyü barədə uzun danışmağa lüzum yoxdur. Çoxumuzun evində sovetdənqalma elektrik avadanlığı var və bu gün də təmir edilmədən işləyir. Eyni hal elektromobillərin mühərriklərinə də aiddir.
Avtosfer.az xəbər verir ki, müasir elektromobillər kifayət qədər etibarlıdır və sürücünü yolda qoymur. Bununla belə, qəzadan və ya texniki problemdən heç kim sığortalanmayıb. Yolda akkumulyatorlar boşala, hansısa detal qırıla, təkər boşala və ya elektrik sxemi sıradan çıxa bilər. Bu zaman yardıma ehtiyac yaranacaq. Elə isə yaxındakı servisə avtomobili necə çatdıraq? Maşını yol ötən yük avtomobilinə yedəkləyək, yoxsa evakuator çağıraq?
Cavabdan əvvəl işin texniki tərəfinə baxaq: mexaniki transmissiyalı avtomobili yedəyə almaqda heç bir təhlükə yoxdur. Transmissiyada yağlanma adi qaydada gedəcək. Detallar qızmadığı üçün yeyilmə də olmayacaq.


Avtomat transmissiyalı avtomobili isə ən yaxşı halda 50 km məsafəyə aşağı sürətlə dartmaq böyük risk yaratmır. 
Elektromobildə isə vəziyyət başqadır. Bu texnikda yanacaq mühərrikli avtomobildən fərqli olaraq transmissiya mühərriklə sərt əlaqədədir və NEYTRAL REJİM (N) yoxdur. Buna görə də maşının yedəyə alınması transmissiya və mühərriki ciddi şəkildə zədələyə bilər.  Bununla belə, istehsalçılar bildirirlər ki, zərurət yarandığı halda avtomobili 10 km/saat sürətlə 10 metr məsafəyə dartmaq böyük risk yaratmır.
Göründüyü kimi, bu məsafə yalnız avtomobili evakuatora yükləyib boşaltmaq üçün kifayətdir. Bir sözlə, köhnə sürücülər kimi yük yerində buraz (tros) gəzdrməyə ehtiyac yoxdur. Lakin evakuasiya xidmətinin nömrəsini telefonun yaddaşına qeyd etmək zəruridir.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man