Bu günlərə hakimiyyətə gəlişin 70 illiyini qeyd edən İngiltərə kraliçası II Elizabetin sürücülük vəsiqəsinin olmamasından çoxları xəbərdardır. Hətta 94 yaşlı kraliça arabir “Range Rover”lə Londonda dolaşır. Cavanlığında isə bir müddət avtomobil təmiri ilə məşğul olub. Bəs sürücülük vəsiqəsi niyə yoxdur? Vəsiqəsiz avtomobil sürmək qanunidirmi?
Avtosfer.az-ın xəbərinə görə, bəzən bunu Ülyahəzrətin xüsusi imtiyazı kimi qəbul edirlər. Əslində belə deyil.
Böyük Britaniyada bütün rəsmi sənədlər kraliçanın adından verilir (bizdə məhkəmə qərarları Azərbaycan Respublikası adından çıxarıldığı kimi). Bu səbəbdən kraliçanın öz-özünə sənəd verməsi mümkün deyil. Eyni pinsiplə kraliçanın pasportu da yoxdur.
Lakin bu 2 sənədin olmaması onun nə avtomobil idarə etməsinə, nə də səyahətinə mane olmur. O, xarici ölkələrə xüsusi sənədlə çox sayda səfər edib. Bir də ki, hansı dövlət pasportu olmadığını əsas gətirərək Ülyahəzrəti ölkəsinə buraxmaqdan imtina edəcək? Cavab ritorikdir.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man