İsveçrə 66 illik qadağanı ləğv edir – Avtomobil yarışları bərpa edilir - VİDEO

Nəqliyyat xəbərləri 08 İyun 2022 | 08:20
OXUNUB: 2171

Saatları, şokoladı, bıçağı və gözəl yolları ilə seçilən İsveçrədə 66 ildir avtomobil yarışı qadağandır. Bu da səbəbsiz deyil, lakin qadağa götürülə bilər. Avtosfer.az-ın xəbərinə görə, İsveçrədə yaxın aylarda avtomobil idmanına yenidən icazə verilməsi gözlənilir. Artıq Dövlət Şurası 27 səs lehinə, 15 səs əleyhinə olmaqla Federal qanunun 52-ci maddəsinin ləğvinə səs verib. Qərar daha yuxarı instansiyalarda təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Bəs Formula-1 və digər yarışlara yüksək səviyyəli pilotlar göndərən ölkədə nə üçün avtomobil yarışı qadağandır? Tarixə qayıdaq: 
11 iyun 1955-ci ildə keçirilən 24 Heures du Mans yarışında baş vermiş qəza və partlayışda 84 nəfər həlak olmuş, 200-dən çox adam xəsarət almışdı. Bu qəzadan sonra İsveçrədə bütün növ avtomobil yarışları qadağan edən məşhur 52-ci maddə 1956-cı ildə qüvvəyə mindi.
Aşağıdakı linkdə qəzanın kadrları yer alır.

Avtosfer.az olaraq yaxın günlərdə avtomobil idmanı tarixinin ən böyük qəzası barədə ətraflı xəbər verəcəyik.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man