Yaxın aylarda Çin avtomobilləri ölkəni “işğal edəcək” – PROQNOZ

Nəqliyyat xəbərləri 07 İyun 2022 | 16:58
OXUNUB: 1138

“Qərb dövlətlərinin Rusiyaya tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarından sonra bu ölkənin avtomobil sənayesində böyük böhran yaşanır”.

Bunu Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Rusiyadan Azərbaycana nəqliyyat vasitələrinin gətirilməsinin dayandırılmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ekspert sözügedən vəziyyətin yaranmasının səbəblərinə aydınlıq gətirib:


“Qərbin Rusiyaya avtomobil istehsalı üçün lazım olan hissələrin ixracına sanksiya tətbiq edilib, eləcə də Rusiyada fəaliyyət göstərən xarici avtomobil şirkətləri fəaliyyətlərini dayandırıblar. Bu səbələrdən dolayı, istehsal prosesində durğunluq yaranıb və hal-hazırda Rusiyanın avtomobil sənayesi iflic vəziyyətindədir. Belə olan halda Rusiyanın xarici ölkələrə ixrac etdiyi maşınların sayında da kəskin azalma müşahidə olunur”.

Eldəniz Cəfərov Rusiyadan avtomobil idxalındakı kəskin azalmanın Azərbaycanın maşın bazarına mümkün təsirlərini də şərh edib:

“Azərbaycanda Rusiya avtomobilləri populyardır. Əsas səbəb isə bu maşınların ucuzluğu, texniki qulluğun asanlığı, eləcə də regionlarımızda bir çox digər xarici ölkə istehsalı olan avtomobil markalarının servislərinin olmaması ilə bağlıdır.

Lakin Rusiya istehsalı olan avtomobillərin idxalının azalması bizim maşın bazarına o qədər də ciddi təsir göstərməyəcək. Çünki bizdə alternativlər çoxdur. Birləşmiş Ştatlar, Yaponiya, Cənubi Koreya, Almaniya və Çindən ölkəmizə nəqliyyat vasitələri idxal olunur. 
Lakin, təxminən 3 ay ərzində əgər Rusiya avtomobillərinin idxalı bərpa olummasa, onların yerini Çin istehsalı nəqliyyat vasitələri tutacaq. Çin avtomobilləri isə Rusiya maşınlarından heç də geri qalmır. Hətta bəzi texniki, komfort kriteriyalarına görə bu maşınlar Rusiya istehsalı olan avtomobillərdən daha üstün sayılır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man