BNA-nın kamera ilə yazdığı cərimələrin hamısı qanunsuzdur – Hüquqşünas qanunda yazılanları izah etdi

Nəqliyyat xəbərləri 03 İyun 2022 | 09:32
OXUNUB: 13848

Bugünlərdə Apellyasiya Məhkəməsi Bakı Nəqliyyat Agnetliyi tərəfindən vətəndaşa dayanma-durma ilə bağlı kamera vasitəsilə yazılmış protokola xitam verərək qərar çıxarıb. Məhkəmə qərarında aydın şəkildə izah olunub ki, BNA-nın xüsusi texniki vasitə sayılan kamera ilə dayanma-durma qaydasını pozan sürücülərə cərimə yazması qanunsuzdur. Bu barədə Avtosfer.az saytında bir neçə dəfə material yayılsa da, BNA hər dəfə özünə haqq qazandırmağa çalışıb.

Bəs indiyədək minlərlə vətəndaşa yazılmış protokollar qanunsuzdurmu? Bu suala cavab tapmaq üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik.

Hüquqünas Avtosfer.az-a bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 124.5 maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulub. “Prosedur ondan ibarətdir ki,  dayanma və durma qaydasını pozmaqla aşkar olunmuş, yaxud duracağa qoyulmuş avtomobillər üzrə qərar verən səlahiyyətli şəxslər ölkəmizin hər yerində Dövlət Yol Polisinin əməkdaşlarıdır. Bakı şəhərinin inzibati ərazisində isə həm də Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli əməkdaşları bunu icra edir. Qanun deyir ki, əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort-komüter və ya planşetlə onun foto və videogörüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini isə çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır. Prosedur belədir və orada kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulmur. Kamera vasitəsilə elektron qaydada prptokol tərtib olunması nəzərdə tutulan İnzibati xətaların siyahısı İnzibati Xətalar Məcəlləsinin 122.1- ci maddəsində göstərilib. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması hallarından heç biri yoxdur. Yalnız avtobusların dayanacaqdan kənar dayanıb sərinişin mindirmək və düşürməsi barədə qeyd var. Bu da təbii ki, digər nəqliyyat vasitələrinin, minik avtomobillərinin, yük avtomobillərinin, marşurut avtobuslarından kənar avtobuslara aid deyil”.

Ərşad Hüseynov qeyd edib ki, bu hal əvvəldən var idi. “Amma 2021-ci il, aprelin 14-nə qədər dayanma və durma qaydalarının pozulmasına görə kamer vasitəsilə cərimə yazıldığı təqdirdə bunun nəticəsi necə olardı sualının cavabı qeyri-müəyyən idi. İnzibati Xətalar Məcəlləsində 2021-ci il aprelin 14-ə qədər konkret olaraq göstərilməyib ki, bu halda böyük prosedur pozulmaqla, qanuni nəzərdə tutulmuş qayda pozulmaqla, əldə edilmiş sübut olarsa həmin qərar ləğv edilməlidir. Belə bir müddəa yox idi. Qeyri-reallıq var idi. Sadəcə prosedur var idi, proseslərin pozulması hallarının nəticələrin qiyməti yox idi. 2021-ci ilin aprelin 14-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklərdən ən mühümü İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin əlavə edilməsi oldu. Əlavə olunmuş maddədə birbaşa göstərilir ki, əgər inzibati məsuliyyətə cəlbetmə zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilirsə bu hal yolverilməzdir. Bu hal olarsa inzibati iş üzrə baş tutan icraata başlamaqdan imtina olunmalıdır. Başlanmış icraat olsa belə həmin icraata xitam verilməlidir. Yəni, qanuna zidd olaraq əldə olunmuş sübutun əsasında qərar çıxarmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinin 135- ci maddəsində də, dəyişiliklər olub. 135- ci maddədə göstərilirdi ki, əgər həmin qanuna zidd üsulla əldə olunmuş sübutdan istifadə olunmuş qərar çıxarılıbsa 53.2 maddəyə istinadən, həmin qərar yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv oluna bilər. Xüsusi araşdırmalar etməyə ehtiyac yoxdur. Təcrübədə isə çox təəssüf ki, kamera vasitəsilə cərimə yazılması uzun müddətdir geniş yayılıb. Son zamanlar hakimlər bu məsləyə daha diqqətlə yanaşmağa başlayıblar. Qanunun hərfi mənasında daha düzgün tətbiq eləməklə bu tipli halların qarşısını almaq istiqamətində qərarlar qəbul edirlər. Kamera vasitəsilə qeydə alınıb təsdiq olunan bəzi qərarların hətta apelayasiya məhkəməsi səviyyəsində ləğv olunması bunun məcəlləyə, dediyimiz normalara istinadən əsaslandırılması mövcuddur. Hər kəs qanuna düzgün riayət eləsə daha yaxşı olar”.

 

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man