Müzakirə gedir, yeni CİHAZ yerləşdiriləcək! Polis yük maşınlarını daim nəzarətdə saxlayacaq... - FOTO

Nəqliyyat xəbərləri 02 İyun 2022 | 18:44
OXUNUB: 1223

Medianın gündəmindən heç vaxt düşməyən xəbərlərdən biri yol-nəqliyyat qəzalarıdır.  Ölümlə nəticələnən qəzalarının əksəriyyətinə isə yük avtomobilləri səbəb olur. Təkcə üç il ərzində yük avtomobillərinin iştirakı ilə 419 yol qəzası baş verib, 239 ölüm faktı qeydə alınıb. Bəs yük avtomobillərinin törətdiyi bu qəzaların qarşısı necə alına bilər? Onların ümumi magistral yoldan çıxarılması mümkündürmü?

Avtosfer.az sitat.info-ya istinadən xəbər verir ki, açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, yük avtomobilləri sürət həddini gözləmədikləri üçün qəza törədirlər:  "Yük avtomobilləri ilə bağlı müəyyən qaydalar var. Onların əksəriyyəti bu gün şirkətlərin nəzarətindədir və onlar da sürət limiti tətbiq edə bilirlər. Azərbaycan qanunvericiliyinə görə yük avtomobilləri üçün maksimal sürət 90 km/saat-dır. Amma təəssüf ki, bəzən 110 km-lik sürət tətbiq olunan yerlərdə baxırıq ki, yük avtomobilləri minik avtomobillərini ötür. Bu da onu göstərir ki, həmin yük avtomobilinin sürəti 110-dan yuxarıdır. Və onlar mütəmadi olaraq  yollardan istifadə etdiklərinə görə həmin avtomobillərin sürücüləri radarların, kameraların yerini əzbər bilirlər və belə sui-istifadə hallarına da yol verirlər".

Ekspert bildirir ki, qəzaların baş verməməsi üçün ciddi tədbirlər görülməlidir: "Təklif edirik ki, yük avtomobillərin iştirakı ilə baş verən qəzaların qarşısını almaq üçün qara qutu sayılan cihaz həmin avtomobillərə yerləşdirilməlidir. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyat Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq danışıqlar, müzakirələr aparır. Yəqin ki, buna keçid dövrü başlayacaq. Çünki , yalnız bu halda sürücülərə və avtomobillərə tam nəzarət etmək mümkündür. Avtomobillərə taxoqraf adlandırdığımız cihaz yerləşdirilməlidir. Bu cihaz vasitəsi ilə avtomobilin neçə saat fasiləsiz işlədiyi, sürücünün hansı qaydalar pozduğu öz əksini tapır. Taxoqrafın yaddaşına da yol polisi istənilən vaxt baxa bilir. Belə olan halda həmin sürücü barəsində də ciddi   tədbirləri görmək mümkündür. Təbii ki, sürücü bu məsuliyyəti hiss etdikcə daha ehtiyatlı olur.  Ona görə də bu taxoqraflardan istifadə mütləq lazımdır. Yük avtomobilləri minik avtomobillərindən böyük olduğu üçün onlarla toqquşduğda ağır nəticələr meydana gəlir. Qəza ağır xəsarətlər, hətta ölümlə nəticələnir, yol təsərrüfatına ziyan dəyir. Bu görə artıq ciddi nəzarət mexanizmin həyata keçirilməsinə ehtiyac var".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man