İngiltərədə 986 at gücünə malik olan SF90 Stradale Ferrari ağır qəzaya düşüb. Sürücü hadisə yerindən qaçıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ən güclü yol avtomobili sayılan sürətli Ferrari Böyük Britaniyanın Birmingem yaxınlığındakı Halesoven şəhərində qəzaya düşüb. Ferrari küçənin kənarında dayanmış beş avtomobilə çırpılandan sonra sürücü hadisə yerindən qaçıb. Videoda sürücünün qapını aça bilmədiyi, pəncərədən çıxaraq qaçdığı görünür. West Midlands polisi hazırda sürücünün axtarışındadır.
Qəza zamanı heç bir xəsarət qeydə alınmayıb və sürücünün ehtiyatsız dayanmışına baxmayaraq maşına da ciddi ziyan dəyməyib.
Ferrari-nin ona məxsus olduğu və ya icarəyə götürüldüyü məlum deyil, lakin artıq polis maşını müsadirə edib.
Yerli polis sürücünü tapmaqda çətinlik çəksə də, media iddia edir ki, belə bir bahalı avtomobilin sürücüsünü tapmaq o qədər də çətin iş sayıla bilməz.
Fidan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man