Avstriya hökuməti avtoxuliqanlıqla mübarizə çərçivəsində yeni qanun qəbul edib. Avtosfer.az-ın xəbərinə görə, yeni qanun “yanacağa qənim kəsilənləri” hədəfə alır.
Qanuna görə, avtomobili ikitəkər qaldırmaq, dayanacaq tormozu ilə saxlamaq, yer yazmaq və ya asfaltdan tüstü çıxarmaq kimi hallar qayda pozuntusu hesab edilir. Bu hərəkəti törədənlər 300 avrodan 10 000 avroyadək cərimələnəcək.
Qanunun müəllifləri bildirirlər ki, ilk növbədə məqsəd ekologiyanı qorumaq və təhlükəsizliyi təmin etməkdir. Ölkədə çox sayda gözəl asfalt çəkilmiş dağ yolu və aşırımlar mövcuddur. Hər yay qonşu ölkələrin turistləri avtoşluq üçün Avstriyaya axın edir. Bu ildən ənənəyə son qoymaq qərara alınıb.
Yeni qanun iyulun birindən qüvvəyə minəcək.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man