Britaniyanın Prodrive şirkəti Subaru Impreza WRC ralli avtomobilinin 25 illiyinə həsr olunmuş yeni layihə haqqında məlumat verib.
Xatırladaq ki, həmin ralli bolidlərinin yaradılması və inşasına da Prodrive mühəndisləri cavabdeh idilər. Prodrive P25 adlanan yeni model 1998-ci ilin Subaru Impreza 22B STi kupesinin reinkarnasiyası olmalıdır. Əslində, adı çəkilən kupe ralli avtomobilinin 426 nüsxədə buraxılmış yol versiyası idi. İndi belə Impreza modelləri hərraclarda 200-300 min dollara satılır.
Prodrive P25 restomodu klassik Impreza kupesindən daha güclü və yüngül olacaqdır. 90-cı illərin Subaru yarış avtomobillərini xatırladan kuzov karbonplastikdən hazırlanacaqdır. Prodrive şirkəti 280 at qüvvəli 2,2-litrlik turbomühərrik və beş pilləli ötürmələr qutusunun əvəzinə yeni 2,5-litrlik oppozit mühərrikini və sükanaltı dəstəkləri olacaq 6-pilləli sekvental ötürmələr qutusunu hazırlayır. Mühərrikin gücünün 400 at qüvvəsinin üzərində olacağı söylənilir.
Restomod 90-cı illərdə Subaru Impreza WRC yaradılmasında iştirak etmiş Prodrive şirkətinin texniki direktoru Dəvid Ləpvort və dizayner Piter Stivens tərəfindən hazırlanır. Prodrive P25 kupesi iyun ayında Qudvudda keçiriləcək Sürət Festivalında debüt edəcək və 25 nüsxəlik məhdud saylı tirajla istehsal olunacaqdır. (Autograph.az)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man