2021-ci ildə dünyada 6,6 milyon ədəd yeni elektromobil satılıb ki, bunun da yarısı Çinin payına düşür.
Avtosfer-ın xəbərinə görə, bu statistika Beynəlxalq Enerji Agentliyinin son hesabatında yer alır. Qeyd olunur ki, ötən il elektromobil satışı ikiqat artaraq dünya avtomobil bazarında 10%-lik paya sahib olub. 2022-ci ilin ilk rübündə satılmış elektromobil sayı isə 2 milyon ədədi keçib. Başqa sözlə, illik əsasda 75% artım qeydə alınıb. Hesabat müəlliflərinə görə, elektromobillərə marağın artması 2 başlıca amillə bağlıdır. İlk yerdə subsidiya gəlir. Ötən il elektromobil satışı üçün dünya üzrə 35 milyard dollar subsidiya verilib. Eyni zamanda istehsalçılar da model cərgəsini zənginləşdirib. 2015-ci ildən indiyədək model sayı 5 dəfə artaraq 450-yə yüksəlib. Elektromobilin əhalinin əksər hissəsi üçün əlçatanlığı təmin edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man