Bu avtomobillərin kredit şərtləri sadələşdirilə bilər - VİDEO

Nəqliyyat xəbərləri 28 May 2022 | 21:17
OXUNUB: 2714

Ekoloji təmiz avtomobillərin kredit şərtləri sadələşdirilməlidir.

Avtosfer.az xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, həm təhlükəsizlik, həm də ekoloji fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda avtomobil parkının yenilənməsinə böyük ehtiyac var. Ölkədə avtomobillərin sayı 1,5 milyona yaxınlaşıb. Bunların 86 faizi ili 7 ildən 10 ilə yaxınlaşan avtomobillərdir. Ekspert bildirib ki, kredit şərtlərinin sadələşdirilməsi ölkəyə yeni və hibrid avtomobillərin gətirilməsinə və beləliklə, avtoparkın yenilənməsinə səbəb olacaq. Eyyub Kərimli qeyd edib ki, Banklar Assosiasiyası tərəfindən bu məsələ ilə bağlı banklara tövsiyə verilib. Onun sözlərinə görə, yanvar ayından etibarən yeni hibrid avtomobillərə həm ƏDV, həm də vergi güzəştlərinin tətbiq olunmasının nəticəsi artıq görünür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il hibrid avtomobillərin sayı 74 faiz artıb. Bununla yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin də sayında artım müşahidə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man