Pandemiya sürücüsüz avtomobillərin layihələndirilməsini ləngitsə də, proses dayanmayıb. Bütün xarıcı şirkətlər bu tip avtomobillərin üzərində çalışır.
Avtosfer.az-ın motor1.com-a istinadla xəbərinə görə, artıq bu sahədə kifayət qədər ciddi irəliləyiş var. Hətta 2024-cü ildə sürücüsüz avtomobillərin sürücülü avtomobillərdən daha təhlükəsiz olacağı ehtimal olunur.
Proqram təminatı sayəsində yaxın onillikdə bütün sürücüsüz avtomobillər bir-birini “görə” və “danışa” biləcək. 2046-cı ildə ABŞ-da demək olar bütün avtomobillərin sürücüsüz olacağı ehtimalına çoxları reallıq kimi baxır.
Əsas məsələ isə başqadır. 2050-ci ildə sürücüsüz avtomobillər bütün planetin ehtiyacını ödəyə bilər. Həm də ildə maksimum 1 qəza törətməklə. Belə bir nəzəriyyə irəli sürülüb ki, bir çox ölkə 2050-ci ildən etibarən sürücülü avtomobilləri ümumiyyyətlə qadağan edəcək. Qəza, xəsarət və ölümlərin qarşısını almaq üçün.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man