“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri ÇAĞIRIR

Nəqliyyat xəbərləri 19 May 2022 | 22:48
OXUNUB: 1605

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” 2005-2013-cü illər arasında istehsal olunmuş 17 mindən çox “ML-Class”, “GL-Class” və “R-Class” avtomobillərini Avstraliyada mümkün əyləc nasazlığına görə geri çağırır. 

Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin Avstraliya bölməsinin saytında dərc olunmuş bəyanatında deyilir. Qeyd edilir ki, geri çağırılan avtomobillərin sahiblərinə “əyləc gücləndiricisində mümkün nasazlıqlar səbəbindən nəqliyyat vasitələrini idarə etmək tövsiyə edilmir”. “Geri çağırılan bütün nəqliyyat vasitələrinin ən qısa zamanda texniki baxışdan keçirilməsini və bütün lazımi təmir işlərinin pulsuz həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə şirkət qeyd edib. Avstraliya hökuməti həmçinin bu modellərin bütün avtomobil sahiblərini “dərhal səlahiyyətli “Mercedes-Benz” servis mərkəzi ilə əlaqə saxlamağa və mümkün qədər tez yoxlama aparmağa” çağırıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man