Azərbaycanda minik avtomobillərinin istehsalı 40% ARTIB

Nəqliyyat xəbərləri 18 May 2022 | 16:49
OXUNUB: 2004

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd minik avtomobili istehsal edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə avtomobil istehsalı 39,8% artıb.

Yanvarda 102 avtomobil, fevralda – 3 avtomobil, martda – 334 avtomobil, apreldfə - 271 avtomobil istehsal olunub.

1 may 2022-ci il tarixinə anbarlarda 673 ədəd minik avtomobili var.

Yanvar-aprelda Azərbaycanda 169 ədəd traktor istehsal edilib, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.

2022-ci il mayın 1-nə anbarlarda 36 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.

Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (artım 4,8%), 651 traktor (artım 2,2 dəfə) istehsal edilib.  (İnterfaks-Azərbaycan)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man