“Toyota”nın illik gəliri rekord 23 mlrd. dollara çatıb

Nəqliyyat xəbərləri 15 May 2022 | 23:01
OXUNUB: 2010

31 mart 2022-ci il tarixində başa çatan maliyyə ilində “Toyota Motor”un əməliyyat mənfəəti pandemiyadan sonra satışların bərpası və yenin dollara nisbətdə zəifləməsi nəticəsində 36.3% artaraq rekord 3 trilyon yen (23 milyard dollar) təşkil edib.

Bununla belə dünyanın ən böyük avtomobil istehsalçısı, COVID-19 pandemiyası və Ukraynadakı münaqişənin istehsala mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, cari maliyyə ili üçün ehtiyatlı proqnozlar verib.

İlin yekunlarına görə, şirkətin satışları 15.3% artaraq, həm də rekord nəticə göstərib – 241 milyard dollar. Hesabat dövründə xalis mənfəəti 26.9% artaraq 22 milyard dollara çatıb. Ümumilikdə, il ərzində 8.5 milyon avtomobil satılıb.

Cari maliyyə ilində yapon istehsalçısı 9.7 milyon avtomobil satmağı planlaşdırır. Şirkət rəhbərliyinin fikrincə, bu maliyyə ili “daha çətin olacaq”.

TED.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man