Volvo Cars-dan 47.150 avtomobil satışı - FOTO

Nəqliyyat xəbərləri 13 May 2022 | 11:30
OXUNUB: 630

“Volvo Cars” şirkəti aprel ayında 47.150 avtomobil satıldığı barədə məlumat verib. “Recharge” modeli satışları isə 2021-ci ilin eyni ayı ilə müqayisədə 18,7 faiz artaraq ümumi satışların 38,4 faizinə bərabər olub. Tam elektrikli avtomobillərinin payı 10 faiz olaraq qalıb.

Yanvar-aprel dövrü ərzində “Volvo Cars” şirkətinin satışları keçən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq 195.445 avtomobil təşkil edib.

Qlobal satışlara nəzər yetirdikdə, aprel ayında Avropa üzrə satışlar keçən ilin eyni ayı ilə müqayisədə 23,2 faiz, ABŞ üzrə 9.2 faiz azalıb.  

Ay üzrə Volvonun ən çox satılan modeli 14.952 ədəd ilə XC60 olmuşdur, sonrakı yerlərdə isə 13.876 avtomobil sayı ilə XC40 və 8.208 avtomobil sayı ilə XC90 modelləri gəlir. 

“Volvo Cars”-ın Azərbaycan üzrə satış rəhbəri Faiq Ələkbərovun verdiyi məlumata əsasən, region ölkələrindən fərqli olaraq, Azərbaycan bazarında brendin aprel ayı üzrə satış payı ötən ilin eyni dövrü ilə müqayisədə 82.7 faiz artıb

“Yanvar ayının 1-dən hibrid avtomobillərinə tətbiq olunan vergi siyasətinə edilən dəyişikliklər təbii ki, Volvo brendinə də təsirsiz ötüşməyib. Bu dəyişikliklər nəticəsində, demək olar ki, bütün modellərin qiyməti ən azı 20 000 AZN aşağı düşmüşdür ki, bu da öz növbəsində çox böyük alıcı marağına səbəb olub

Qeyd edək ki, İsveçin “Volvo Cars” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man