Bakı maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək - ŞOK PROQNOZ

Nəqliyyat xəbərləri 12 May 2022 | 13:39
OXUNUB: 6192

"Azərbaycanda geniş yayılmış bir mif var, ölkədə maşın sayı çoxdur deyə tıxaclar yaranır, maşın əlindən tərpənmək olmur. Yanlış təsəvvürdür, problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır. 2020-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür. Keçmiş “SSRİ” respublikaları arasında bu göstəriciyə görə biz 12-ci yerdəyik, bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir". Avtosfer.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib. İqtisadçı ekspert qeyd edib ki, ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur: "Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə məne olurlar. Səbəb kimi də yuxarıda yazdığım mifi əsas gətirirlər ki, guya, ölkədə maşın çoxdur, tıxaclar yaranır. Şəhərin baş planı olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az – bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Cürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək".

Natiq Cəfərli hesab edir ki, çıxış yollarından biri şəhərin boşaldılmasıdır: "Universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man