Ölkəmizdə ilk dəfə olaraq "Ekoloji təmiz avtomobillər"in Bakıdan Mingəçevir şəhərinə yürüşü baş tutub. Layihə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Priorotetlər" adlı 2 fevral 2021-ci il tarixli sərəncamının 5-ci bəndinə, "Təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu möhtəşəm layihənin daha bir əlamətdar tərəfi isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə bağlı olmasıdır. Yürüş iştirakçıları Göyçay şəhərində və finişdə Mingəçevir çəhərində Ulu Öndərin abidələrini ziyarət edəcəklər. Mingəçevir şəhər bulvarında maşınların nümayişi keçiriləcək. Layihənin təşkilatı dəstəyi Azərbaycan Avtomobil Federasiyasıdır”, - AADA sədri vurğulayıb. Qeyd edək ki, yürüşdə elektrik və hibrid avtomobilləri iştirak edib.
Şəfa Nəsibova
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man