Fransa polisi Yuxarı Savua departamentində bir neçə gün əvvəl baş vermiş avtorodeo haqqında məlumat yayıb. Avtosfer.az-ın xəbərinə görə, İsveçrə və Fransadan gələn 250 sürücü şəhər küçələrini bir-birinə qatmaq istəsələr də, polis buna mane olub. Qarşıdurma olmasın deyə polis nəzakətlə davranıb, əlavə naryad cəlb olunub. Bir saatlıq əməliyyat nəticəsində 60 iştirakçının hərəsi 750 avro cərimələnib, 3 avtomobil müsadirə olunub. Bütün sürücülərin vəsiqəsi alınaraq iş məhkəməyə göndərilib. Aksiyada ümumilikdə 500 nəfər iştirak edib. Polis tədbirin təşkilatçılarını axtarır.
Fransa qanunvericiliyinə görə, bu tip aksiyaların təşkili 45 000 avro cərimə və 3 ilədək həbslə cəzalandırıla bilər.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man