Rusiya ilə Ukrayna arasında baş verən müharibə avtomobil ehtiyat bazarına da təsir edib. Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları, həmçinin Avropa dövlətlərinin hava məkanını Rusiyanın üzünə bağlaması bir çox məhsulların logistikasında ciddi problemlər yaradıb.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev də bildirib ki, bəzi məhsulları ölkəyə gətirmək olmur.
Maraqlıdır, nəqliyyat idxalı ilə bağlı Azərbaycan başqa hansısa ölkəni alternativ seçə bilərmi? Ehtiyyat hissələrin gətirilməməsi ciddi qiymət fərqi (bahalaşma) yaradacaqmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Rusiya istehsalı avtomobillərin qiymətində fərq yaranmayacağını bildirib:
"Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda tətbiq olunan iqtisadi sanksiyalar, Rusiyanın avtomobil sənayesindəki böhran Azərbaycanın avtomobil bazarına o qədər də təsir edə bilmir. Çünki Azərbaycan avtomobil bazarı ümumilikdə Rusiyanın avtomobil sənayesindən asılı deyil. Azərbaycanın alternativləri çoxdur. Bizim ölkəmizə müxtəlif ölkələrdən avtomobillər və ehtiyat hissələri gətirilir. Bu ölkələr arasında ABŞ, Yaponiya, Avropa İttifaqı ölkələri, eyni zamanda Cənubi Koreya və Çin də yer alır".
Ekspert Azərbaycanda Rusiya istehsalı avtomobillərin əvəzinə Çin istehsalı avtomobillərin çoxala biləcəyini deyib. Mütəxəssis bu avtomobillərin daha ucuz qiymətə təqdim edilə biləcəyini də diqqətə çatdırıb:
"Azərbaycanda Rusiya istehsalı avtomobillərin qiymətinin kəskin yüksəlməsinə inanmıram. Əgər belə olarsa, o zaman Rusiya avtomobil sənayesi Azərbaycan avtomobil bazarını itirə bilər. Ona görə ki, alternativlər var. Rusiyanın təklif etdiyi avtomobillərlə təxminən eyni keyfiyyətə və seqmentə malik olan və daha ucuz avtomobillər, Çin avtomobil sənayesi var. Əgər bahalaşma olarsa, Azərbaycanda Çin istehsalı olan avtomobillərin sayı çoxala bilər".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man