“Ferrari” şirkəti nasazlığa görə 2 222 avtomobili geri çağırır. Avtosfer.az-ın xəbərinə görə, kampaniya Çini əhatə edir. Geri çağrılmaya səbəb tormoz mayesinin axmasıdır. Problem ilk dəfə ötən noyabrda aşkar edilib. Problemin tormoz mayesi rezervuarından qaynaqlandığı bildirilir. Geri çağrılan modellər Ferrari 458 Italia, 458 Speciale, 458 Speciale A, 458 Spider, 488 GTB və 488 Spider olacaq. Artıq “Bosch” şirkəti də nasazlığı etiraf edib.
Xəbər yayıldıqdan dərhal sonra “Ferrari”nin səhmləri 3% ucuzlaşıb.
Qeyd edək ki, ötən ay “Ferrari” tormoz probleminə görə ABŞ-da bir neçə yüz avtomobili geri çağırıb.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man