Xaricdən avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - VİDEO

Nəqliyyat xəbərləri 25 Aprel 2022 | 23:00
OXUNUB: 3056

Elektrik mühərrikli avtomobil almaq istəyənlərə şad xəbərimiz var. Belə ki, yaxın gələcəkdə bu növ avtomobillərin idxal rüsumundan azad edilməsi gözlənir. Artıq bununla bağlı yeni layihə də hazırlanıb. Bəs hibrid avtomobillərinin idxal rüsumu ilə bağlı da yenilik olacaqmı? Dövlət Gömrük Komitəsinin rəsmisi “XəzərXəbər”in bununla bağlı suallarını cavablandırıb.

Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir. Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər. Bununla bərabər elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir Qeyd edək ki, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man